"Qarabağ tarixi"

  Xətai rayonu 98 nömrəli tam orta məktəbdə 6 dekabr tarixdə "Qarabağ tarixi" mövzusunda tədbir keçirildi.Himn oxundu.İlk öncə tədbirin təşkilatçısı tarix müəllimi Yasəmən Əsgərova Qarabağın tarixindən geniş məruzə etdi.Məktəbin VIIa və IVa sinif şagirdləri Qarabağın tarixinə aid hazırladıqları məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdılar.Aprel döyüşlərində şücaət göstərmiş qəhrəmanlarımızdan söhbət açdılar.

  Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımızın azad ediləcəyi vurğulandı.Tədbirin sonunda məktəbin direktoru Nazim Səfərov Azərbaycan xalqının öz torpaqlarını azad etməyə yetərli  gücünün olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi