2022-2023-CÜ TƏDRİS İLİNDƏ KİÇİK AKADEMİYANIN İLK İCLASI KEÇİRİLİB
07.10.2022-ci il tarixində məktəbimizin Kiçik Akademiyasının yeni tədris ili üçün ilk iclası keçirilib. Məktəbdə işin gərginliyini və vaxt məhdudiyyətini nəzərə alaraq iclas saat 20.00 da Teams proqramı üzərindən distant şəkildə keçirilib. Təxminən bir saat davam edən iclasda məktəbin direktoru Mehriban Hacıyeva, Akademiyanın prezidenti Nigar Süleymanova, vitse prezidentlər və Akademiyanın nəzdində fəaliyyət göstərən humanitar, texniki, təbiət kafedralarının müəllimləri, şagirdləri iştirak ediblər. İclasda ilk öncə Kiçik Akademiyanın inzibati heyəti yenidən seçilib. Namizədlər irəli sürülüb, açıq səsvermə şəraitində səs çoxluğu ilə Akademiyanın prezidenti yenidən Nigar Süleymanova, vitse prezidentlər isə humanitar kafedra üzrə Şəlalə Səmədova, texniki kafedra üzrə Mətanət Zalıyeva və təbiət kafedrası üzrə Sevda Əsgərli təyin olunub. Birinci yarım ildə Akademiyada kafedralar üzrə tədqiq ediləcək, araşdırılacaq mövzular və bu mövzular üzərində tədqiqat aparacaq şagirdlər müəyyənləşdirilib. Eyni zamanda Kiçik Akademiya çərçivəsində təşkil ediləcək ekskursiyalar, elm xadimləri ilə keçiriləcək görüşlər, elmi tədqiqqat müəssisələri ilə aparılacaq təcrübə mübadilələri planlaşdırılıb. Müəllimlər öz maraqlı, yeni təkliflərini veriblər. Görüş məhsuldar, maraqlı və müzakirə formatında keçirilib.