Nizami Gəncəvi irsinə aid müsabiqə

Sabunçu rayonu "Kiçik Akademiya"larının Azərbaycan dili və Ədəbiyyat, İnformatika kafedraları üzrə təşkil olunan "Nizami Gəncəvi irsinin STEAM fənninə inteqrasiyası" adlı müsabiqəsinin nəticələri bəlli olmuşdur. Müsabiqə ərzində şagirdlər fərdi , komanda olaraq "Nizami inciləri ", "Yeddi gözəl", "Nizami məqbərəsi", "Nizami muzeyi", "Nizaminin qəzəlləri ", "Nizami yaradıcılığı", "Fitnə", "İsgəndərnamə əsərindən fraqment", "Nuşirəvanla bayquşların söhbəti", "Söz dünyasının günəşi" adlı mövzulara toxunaraq Tinkercadda işlər təqdim etmişlər. Bizim məktəbin şagirdlərindən Muradzadə Ağakişi, Piriyev Aslan, Sadıqzadə Arzu, Cabbarzadə Sabir diplomla, Zülfüqarov Rahib isə fərqləndiyinə görə sertifikatla təltif olunmuşlar. Müsabiqədə qalib olan, fərqlənən , iştirak edən məktəbləri, şagirdləri təbrik edir, onlara uğurlar arzulayırıq !
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi