Nailiyyətlərimiz

Bakı Ali Neft Məktəbinin rəhbərliyi tərəfindən təşəkkür məktubu23 Noyabr 2020 tarixində 94 nömrəli tam orta məktəbin direktoru Şəmsəddin Vəliyevə və müəllim kollektivinə Bakı Ali Neft Məktəbinin rəhbərliyi tərəfindən məzunlarının 2020-ci ildə keçirilmiş qəbul imtahanlarında yüksək nəticələr göstərməsi münasibəti ilə təşəkkür məktubu göndərilmişdir. 94 nömrəli məktəbin məzunu Tural Novruzlu Dövlət İmtahan Mərkəzi tərəfindən 2020/2021-ci tədris ili üçün keçirilən qəbul imtahanlarında uğurlu nəticə göstərərək Bakı Ali Neft Məktəbinə qəbul olmuşdur.

“Rəngli dünya yaradaq” adlı layihədə I yer94 nömrəli tam orta məktəbin 11 “E” sinif şagirdi Ramilə Musayeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə III Qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan “Rəngli dünya yaradaq” adlı layihədə “Daş üzərində rəsm” texnikası üzrə I yer tutduğuna ğörə Sertifikatla təltif olunmuşdur.

Beynəlxalq Klassik və Folklor Musiqisi Müsabiqəsində fərqlənmə11 “E” sinif şagirdi Rəşad Abdullayev aprelin 2-dən 8-dək Bakı şəhərində keçirilmiş MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilati dəstəyi ilə Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və Folklor Musiqisi Müsabiqəsində nəfəs və zərb alətləri nominasiyası üzrə fərqlənərək Diplomla təltif edilmişdir.

HAQQIMIZDA

          Bakı şəhəri 94 nömrəli tam orta məktəb 1970-ci ildə keçmiş Lenin, indiki Sabunçu r...

BİZİM FƏXRLƏRİMİZ

Ülviyyə Əlibalayeva Natiq

Ceyhun Şalıyev Nüsrət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi