BADMİNTON TURNİRİÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş orta ümumtəhsil məktəbliləri arasında Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkil etdiyi badminton turnirində şagirlərimiz Aysel Kazımova və Konstantin Klimenko III yerə layiq görülərək diplom və medalla, fiziki tərbiyə müəllimi Marina Plaxotneva isə bu turnirdə fəal iştirakına görə Təşəkkürnamə ilə təltif olunub.
"Təhsil" Respublika İdman MərkəziAzərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsil" Respublika İdman Mərkəzinin karate idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında keçirilən Respublika birinciliyində məktəbimizin IX sinif şagirdi Şəlalə Rüstəmova 47 kq çəki dərəcəsində l yeri qazanaraq diplom və medalla təltif olunmuşdur.
Məktəb rəhbərliyi adından şagirdimizi təbrik edir, ona gələcək nailiyyətlərində uğurlar arzulayırıq!
BADMİNTON TURNİRİİdman və Gənclər Nazirliyinin təşkil etdiyi 148 nömrəli tam orta məktəbdə Sabunçu rayonu üzrə keçirilən Badminton turnirinin final mərhləsində məktəbimizin komandası qalib gələrək I yerə layiq görülərək medal və diplomla təltif olunublar.
Məktəb rəhbərliyi adından badmintonçularımıza minnətdarlığımızı bildiririk!