Nailiyyətlərimiz

“Aktau Kuboku” turnirində III yer10-12 may 2016-cı il tarixlərdə Qazaxstanın Aktau şəhərində uşaqlar və yeniyetmələr arasında keçirilən sambo üzrə şəhər kuboku yarışlarında 8-ci sinif şagirdi Məhəmmədmehdi Əbilov da iştirak etmişdir. 2001-2003 təvəllüdlü yeniyetmə idmançıların mübarizəyə qoşulduğu 38 kq çəki dərəcəsində çıxış edən Məhəmmədmehdi Əbilov Aktau Kuboku turnirində bürünc medal qazanaraq Mangistau vilayəti Sambo Federasiyası tərəfindən Kubok və Diplomla mükafatlandırılıb.

3x3 basketbol idman növündə II yer“Formula 1 Avropa Qran Pri” yarışlarının təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərinin rayon mərhələsində 3x3 basketbol idman növündə ikinci yeri tutduğuna görə 94 nömrəli tam orta məktəbin komandası “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən 11 may 2016-ci il tarixli Diplomla təltif edilmişdir.

Grapplinq Gİ idman növündə I yer9-cu sinif şagirdi Rüfət Bağırzadə Grapplinq Gİ idman növü üzrə keçirilmiş respublika birinciliyində 14-15 yaşlı yeniyetmə idmançılar arasında 59 kq çəki dərəcəsində I yer tutaraq medal və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 02 aprel 2016-cı il tarixli Diplomu ilə təltif edilmişdir.

HAQQIMIZDA

          Bakı şəhəri 94 nömrəli tam orta məktəb 1970-ci ildə keçmiş Lenin, indiki Sabunçu r...

BİZİM FƏXRLƏRİMİZ

Sidra Matuk Cihad

Osman Behbudov Şakir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi