Nailiyyətlərimiz

“Elektron Təhsil” Respublika müsabiqəsində fərqlənmə29 dekabr 2016-cı il tarixdə “Elektron Təhsil” Respublika müsabiqəsinin yekunu olaraq mükafatlandırılma mərasimi keçirilmişdir. Müsabiqənin “Ən zəngin məzmunlu məktəb saytı” nominasıyasında 94 nömrəli tam orta məktəb fərqlənənlər sırasında yer alaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Diplomla təltif edilmişdir. Həmçinin “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasıyasına informatika müəllimi Nazilə Abbasovanın "Kompüter və informasiya" və “Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” nominasıyasına 6b sinif şagirdi Nurlana Abbasovanın tarix fənnindən “Qədim Misir” mövzusunda təqdim etdikləri işlər nominantlar sırasında yer almışdır.

Cüdo üzrə yarışlarda iki medal9-cu sinif şagirdi Məhəmmədmehdi Əbilov 24-25 sentyabr 2016-cı il tarixlərində Gürcüstanın Zuqdidi şəhərində keçirilmiş cüdo üzrə beynəlxalq turnirdə çıxış etdiyi 42 kq və 46 kq-dək çəki dərəcələrinin birincisində III, ikincisində isə I yer tutaraq medal və Diplomla təltif edilmişdir.

“Yaşasın Qüdrətli Azərbaycan Ordusu!” mövzusunda keçirilmiş təsviri sənət müsabiqəsi26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş “Yaşasın Qüdrətli Azərbaycan Ordusu!” mövsuzunda keçirilən respublika təsviri sənət müsabiqəsində fəal iştirakına görə 94 nömrəli tam orta məktəb Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən 23 iyun 2016-cı il tarixli Diplomla təltif edilmişdir.

HAQQIMIZDA

          Bakı şəhəri 94 nömrəli tam orta məktəb 1970-ci ildə keçmiş Lenin, indiki Sabunçu r...

BİZİM FƏXRLƏRİMİZ

Simuzər Məhərləmova Arif

Aysu Hümbətova Elşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi