MARAQLI DƏRS

27 may tarixində Lalə Hüseynovanın sinif rəhbərliyi etdiyi 4a sinfində Azərbaycan dili fənnindən "Öz arşınınla ölçmə" mövzusu keçirilib. Qədim ölçü vahidi olan arşın şagirdlərə ətraflı izah olunub. Şagirdlər dərsi mənimsədiklərini Ü.Hacıbəylinin "Arşın mal alan" əsərindən bir parça səhnələşdirərək göstəriblər.
Dərs, eyni zamanda 28may - Müstəqillik gününə təsadüf etdiyindən şagirdlər öz şeir və təqdimatları ilə çıxış ediblər.