"AZƏRBAYCANIM" Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı.

Məktəbimizin XI sinif şagirdi Afaq Şükürova Xətai Sənət Mərkəzində 28 May- Respublika Gününə həsr olunmuş "AZƏRBAYCANIM" Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçirilib.
Sərgidə Azərbaycan gəncləri ilə yanaşı ABŞ, Belarus, İran, Türkiyə, Qazaxıstan, Rusiya, Çin, Hisdistan, Peru, Miyanmar vətəndaşları da iştirak ediblər.
Festivalda ümumilikdə 900-ə yaxın əsər sərgilənib. Şagirdimiz Afaq Şükürovanın "Doğma yurdum Azərbaycanım" adlı əsəri xüsusi marağa səbəb olub və sertifikatla qiymətləndirilib.