NÜMUNƏVİ DƏRS

23 may tarixində rus dili və ədəbiyyat müəllimi Əliyeva Gülnarə 8e sinfində "Göz yaşları içində gülüş" mövzusunda nümunəvi dərs təşkil edib. N.V.Qoqolun "Revizor" əsəri müzakirə olunub. Dərsdə şagirdlər ilə birlikdə mətnin dərindən təhlili aparılıb. İnsan qüsurlarının mahiyyətini, Qoqolun satirasını və əsərin günümüzdəki aktuallığı müzakirə obyekti olub.
Müxtəlif iş formaları, maraqlı tapşırıqlar, rollu oyun dərsi daha da yadda qalan və təsirli etdi.
Sonda şagirdlər əsərin final səhnəsini canlandıraraq onun dərin mənasını çatdırıblar.