“Dəyərlərimiz bədii ədəbiyyatda”adlı dəyirmi masa keçirilib
Məktəbin kitabxanasında “Dəyərlərimizi qoruyaq”layihəsi çərçivəsində “Dəyərlərimiz bədii ədəbiyyatda”adlı dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan tədbirdə canlarını torpaqlarımızın azadlığı uğrunda fəda verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Kitabxana müdiri Səbinə Manafova xalqımızın milli- mənəvi dəyərləri və şanlı tariximiz haqqında məlumat verib. 6 b,6 e və 4 e sinif şagirdləri milli-mədəni irsimiz haqqında məlumat verib ,şifahi xalq ədəbiyyatından danışıblar.Şagirdlər mövzuya aid şeirlər, bayatılar, atalar sözləri, tapmacalar, laylalar,sınamalar,yanıltmaclar və haxıştalar söyləyib,milli rəqslər ifa ediblər.Həmçinin “Dədə Qorqud“ dastanından bir hissəni böyük məharətlə nümayiş etdiriblər.
Şagirdlər mənəvi dəyərlərimizi əks etdirən güşə ilə tanış olublar.Güşədə
adət-ənənələrimiz haqqında kitablar,məqalələr və şagirdimizin çəkdiyi rəsm yer almışdır.
Məqsəd milli-mənəvi dəyərlərimizi qorumaq və gələcək nəsillərə ötürmək olub.