Ulu Öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq!
Dekabrın 12-də 94 nömrəli tam orta məktəbdə müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. İlk öncə Azərbaycan Respulikasının Dövlət himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salınıb, ona həsr olunmuş musiqi nömrələri səsləndirilib, şagirdlər tərəfindən şeirlər ifa edilib.