Zəfər Günü Qeyd olunub
Noyabrın 8-də 94 nömrəli tam orta məktəbdə 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, torpaqlarımızın azadlığı uğrunda öz canlarını fəda edən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri məktəbin direktoru Nailə Həsənova açaraq, Zəfərimizin yazıldığı tarix haqqında çıxış edib, məktəbin məzun olmuş Şəhidləri Kənan Süleymanlı və Ceyhun Şalıyevin həyatından və Vətənə olan sevgilərindən tədbir iştirakçılarına məlumat verib.
Şagirdlər Qələbə haqqında geniş çıxışlar edib, şeirlər söyləyib və mahnılar ifa ediblər.
Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, mahnı, əl işləri, videoçarx, təqdimat), həmçinin şagirdlərin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub.