Bilik günü

Məktəbdə 15 Sentyabr “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmış sonra isə, Ümummilli lider Heydər Əliyevin , məktəbin şəhid məzunu Əli Nağıyevin və Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükut ilə yad edilmişdir.

Çıxış edən məktəbin direktoru Arzu xanım Nəzərova ötən tədris ilinin nailiyyətlərindən, təhsilə göstərilən dövlət qayğısından, ölkəmizdə, xüsusi ilə Qarabağda aparılan abadlıq, quruculuq işlərindən, 2025-2026-cı tədris ilinin prioritet istiqamətlərindən, cari tədris ilinin ilk dərslərinin II-XI siniflərdə "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr edilməsindən danışaraq yeni məktəbə qədəm qoyan birinciləri və valideynləri təbrik etmişdir.

15 sentyabr yeni biliklərə, yeni ümidlərə, yeni nailiyyətlərə açılan qapıdır.

Şagirdlərə uğurlu təhsil yolu, müəllimlərə möhkəm iradə və səbr, valideynlərə isə övladlarının uğurları ilə qürur duyacaqları bir il arzulayırıq.

Yeni dərs iliniz mübarək olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi