Kiçik Akademiya

Təbiət bizim evimizdir Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" layihəsinin üzvlərinin iştirakı ilə "Təbiət bizim evimizdir"adlı geniş tədbir keçirilmişdir. Tədbirdə təbiət resurslarının qorunması və hər zaman qayğıya ehtiyac olmasi, həmçinin ekolji problemlər barədə təqdimatlar hazırlanmış, müxtəlif səhnəciklər göstərilmişdir.

Ətraflı

Su həyatdır"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planına əsasən məktəbdə maarifləndirici tədbir keçirilmişdir.

Ətraflı

Sağlam qidalanma   Məktəbdə  "Sağlam qidalanma" ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. “Sağlam qida-sağlam həyat tərzidir!” mövzusunda keçirilən maarifləndirici tədbirin  keçirilməsinin əsas məqsədi şagirdləri düzgün qidalanma yolları ilə tanış etmək, onlara sağlam və zərərli qidalar haqqında məlumat verməkdən ibarət olub. Biologiya müəllimi Fərqanə Qurbanova sağlam qidalar haqqında məlumat verərək, qidalanmanın bir vərdiş olduğunu vurğulayıb. Şagirdlər qrup işində mövzuya uyğun şəkillər çəkiblər.

Ətraflı

Ekologiya Təbiəti qoruyanlar layihəsi  çərçivəsində  Kiçik akademiyanın üzvləri ilə  "Ekologiya nəyi öyrənir" mövzusunda dərs keçirildi.. Hər bir üzv hazırladığı təqdimatla çıxış etdi.

Ətraflı

Narkomaniya-Əsrin bəlasıNarkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini məhv edir.

Ətraflı

EkologiyaEkologiyanı qorumaq bir nəfərin yox hamımızın borcudur.Təmiz ekologiya,sağlam gələcək deməkdir.

Ətraflı

Ətraf mühiti qoruyaq  Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil idarəsinin F-138 nömrəli əmrinə əsasən şagirdlərin ekoloji maarifləndirilməsi,onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması,istedadlı və yaradıcı uşaqların aşkar olunması ,təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi məqsədilə  "Təbiəti qoruyanlar"adlı layihənin icrası ilə bağlı məktəbin biologiya müəllimi Fərqanə Qurbanovanın rəhbərliyi ilə  7 a və 7 b siniflərində açıq səmada "Ətraf mühiti qoruyaq " mövzusunda  açıq dərs keçirilmişdir.Şagirdlər "Təbiətimizi mühafizə edək" şüarı altında yeni ağac və ot bitkiləri əkməklə planetin yaşıl zolağını artırıblar.

Ətraflı

Plastik qablarin təkrar emalı     Dünyanın bir çox inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da məişət tullantılarının təkrar emalı, plastik qablaşdırma tullantılarının idarə olunması sahəsində bir sıra tədbirlər həyata keçirilir. Hər birimiz plastik qabların alternativlərindən-şüşə qablardan və politelen torbaların əvəzləyicisi olan parça və kağız torbalardan istifadəyə üstünlük vermək lazımdır.  Məktəbin biologiya nüəllimi Fərqanə Qurbanovanın rəhbərliyi ilə 5 b sinfində "Plastik qabların təkrar emalı"mövzusunda təşkilat saatı keçirilmiş, plastik tullanrıların ətraf mühitə mənfi təsir göstərməməsi,yenidən emalı üçün görülən işlərdən, hansı sahələrdə istifadə oluna bilməsi haqqında məlumat verilmişdir. Sinif qrup halında müzakirələr edib fikirlərini bildirmiş,hazırladıqları əl işlərini təqdim etmişlər.

Ətraflı

Ekologiya   XX əsrin ikinci yarısından əhalinin sürətli artımı ,elmi-texniki inqilab biosferdə  deqradasiya  proseslərini gücləndirməkdədir. Təbii mühitin dəyişilməsi isə insanların sağlamlığına və yaşayış tərzinə mənfi təsir göstərir. Məktəbin  biologiya müəllimi Fərqanə Qurbanovanın rəhbərliyi ilə     uşaqların ekoloji sahədə maarifləndirilməsi sahəsində tədbirlərin görülməsi  məqsədilə  5 b sinfində  "Ekologiyamızı qorumaq öz əlimizdədir" mövzusunda təşkilat saatı keçirilmişdir. O bildirmişdir ki,hər bir insanın  borcu təbiəti qorumaq, ekologiyanın çirklənməsinin qarşısını almaqdır. 

Ətraflı

Sağlam qidalanma   Kiçik Akademiyada işlənən növbəti  mövzu "Yaz fəslində insan orqanizmində  vitaminlərin rolu" olmuşdur. Bununla bağlı  8 ç sinfində biologiya müəllimi Fərqanə Qurbanovanın rəhbərliyi ilə  "Sağlam qidalanma" mövzusunda təşkilat saatı keçirilmişdir. Təşkilat saatında vitaminlərin faydası,sağlam həyat tərzinin faydaları ilə bağlı müzakirələr aparılmışdır.

Ətraflı

Şuşa-270   Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamında belə deyilir: "Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Məktəbdə fəaliyyət göstərən " Kicik Akademiya" Fərqanə Qurbanovanın rəhbərliyi ilə "Şuşa-270 " adlı geniş tədbir keçirmişdir. Tədbirdə "Kicik Akademiya"nın üzvlərinin təqdimatları və çıxışları, Şuşa haqqında videoroliklər, rəqslər nümayiş olunmuşdur. Sonda məktəbin direktoru çıxış edərək bildirdi ki, Vətənimizin torpaqları uğrunda apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini yad etmək hər birimizin borcudur.

Ətraflı

Mövsümi xəstəliklərKiçik Akademiya layihəsi çərçivəsində 8 ç sinif şagirdləri Mövsümi xəstəliklərin yayılması haqqında təqdimatlar hazırladılar.

Ətraflı

Alternativ enerjiKiçik Akademiya layihəsi çərçivəsində 9 b sinif şagirdlərinin Alternativ enerji mənbəyi üçün hazırladıqları cihazların təqdimatı keçirilmişdir.

Ətraflı

Təbiət elmləri Məktəbdə "Kiçik Akademiya"nın növbəti toplantısı keçirildi. Biologiya fənn müəllimi Fərqanə Qurbanovanın təşkilatçılığı ilə hazırlanmış toplantıda şagirdlərin təbiət elmlərinə həsr olunmuş təqdimatları dinlənildi və mövzularla bağlı maraqlı məlumatlar verildi.

Ətraflı

Kiçik Akademiya       Məktəbin Kiçik Akademiyası üzvlərinin 2021-2022- ci il üçün seçim toplantısı keçirilmişdir. Toplantıda Kiçik Akademiyada iştirak edən üzvlərin düzgün yönəldilməsi və səmərəli iş planı qurması üçün məsləhətlər verilmiş, Kiçik Akademiya tərkibində olan üzvlərin tədqiqat və təqdimatları müzakirə olunmuş və layihə üçün loqo tərtib edilmişdir.

Ətraflı

Yeni dərman formasının hazırlanma prosesiMəktəbin 9 a sinif şagirdi Pərvin Hacızadə və Dendro parkın rəhbəri Tofiq Məmmədov ilə birgə yeni dərman formasının hazırlanmasına başlamışlar.

Ətraflı

Kiçik Akademiyanın fəaliyyəti91№ li tam orta məktəbdə Kiçik Akademiya 24.12.2016-cı il tarixində yaranmışdır.Məktəb rəhbərliyi tərəfindən konfrans keçirilərək akademiyanın prezidenti-Qurbanova F.K. vitse prezidenti və üzvləri seçilmişdir.Həmçinin məktəbə uyğun olan loqo və guşələr yaradılmışdır.Məktəb daxilində Akademiyanın yaranması bir çox fənlərin dərindən və məqsədyönlü işinə səbəb olmuşdur.Biologiya,fizika,kimya və digər fənn müəllimləri potensiallı və maraq göstərən şagirdlərə mövzular verərək onları yönləndirmişdilər.Məktəbdə Akademiya yarandığı gündən şagirdlərin Ali təhsil müəssələrinə getməsini ,orada elmi –texniki baza ilə ,professor –müəllim heyəti ilə tanışlığına imkan yaratmışdır.Alternativ enerji ,müasir müasir ekoloji problemlər,bitkilərin tərkibində olan kimyəvi elementlətin öyrənilməsi və bu səpgidə olan mövzularla 9,10,11-ci sinif şagirdləri işləyərək böyük maraq göstərirlər. Burada qeyd etmək lazımdır ki,bir çox şagirdlərin gələcək ixtisas seçimidə məhz Akademiyada iştirakının böyük rolu olmuşdur. Hal- hazırda məktəb Azərbaycan Dövlət Pedaqoji Universiteti nin biologiyanın tədrisi kafedrasının aparıcı mütəxəsisi olan Həqiqət Hacıyeva əməkdaşlıq edərək”Sağlam nəsil,sağlam təhsil”mövzusunda Pərvin Hacıyeva ilə layihə üzərində işləyərək gələn mövsümdə təqdim edəcək.

Ətraflı
HAQQIMIZDA

    Vaxtı ilə hərbi hospital olmuş,sonradan uyğunlaşdırılaraq  tədris  ocağı kimi fəaliyyətini davam etdirən Səbail rayonu 91 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Ulu &o...

BİZİM FƏXRLƏRİMİZ

Şamil Abbaslı Kamil

Minayə Hüseynli Arif

HAQQIMIZDA

    Vaxtı ilə hərbi hospital olmuş,sonradan uyğunlaşdırılaraq  tədris  ocağı kimi fəaliyyətini davam etdirən Səbail rayonu 91 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Ulu &o...

BİZİM FƏXRLƏRİMİZ

Şamil Abbaslı Kamil

Minayə Hüseynli Arif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi