HAQQIMIZDA

    Vaxtı ilə hərbi hospital olmuş,sonradan uyğunlaşdırılaraq  tədris  ocağı kimi fəaliyyətini davam etdirən Səbail rayonu 91 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin “Mən müəllimdən yüksək ad tanımıram”fikrinə əsaslanaraq məktəbdə 90 müəllim çalışır ki, hər bir   şagirdin  uğurlarında həmin müəlimlərin böyük zəhməti və əməyi vardır.

      Öz nailiyyətlərinə görə 2011-ci ildə "İlin ən yaxşı məktəbi " müsabiqəsinin qalibi olmuş  məktəb 2 ( iki ) növbəli və 5 (beş ) günlükdür, tədris Azərbaycan və rus dillərində aparılır,38  sinifdə 1084 şagird  təhsil alır, Məktəbdə  Azərbaycan və rus bölməsi üzrə  məktəbəhazırlıq qrupları fəaliyyət göstərir ki,burada  azərbaycan bölməsi üzrə 35,rus bölməsi üzrə isə 24 şagird məşğələlərdə iştirak edərək məktəbəhazırlıq pilləsində təhsil alır.

    Məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədris planına əsasən I-IV siniflərdə şahmat dərsləri keçirilir və Şahmat kabineti mövcuddur.

   " 2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən " Elektron məktəb " pilot layihəsinə daxil edilmiş məktəb,layihənin həyata keçirildiyi müddətdə tədris prosesinin təşkili və idarəolunmasında bir sıra müsbət dəyişikliklər baş vermişdir. “Elektron jurnal “ Rəqəmsal bacarıqlar” "Kiçik Akademiya" layihələrinə qoşulan məktəb bu layihələrdə   uğurla fəaliyyət göstərir. Həmçinin “Lütfi Zadə adına Məntiq Olimpiadası və fənn müsabiqələrində şagirdlərin iştirakı və uğuru da qeyd olunmalıdır. Beynəlxalq səviyyəli idman yarışlarında  Azərbaycan bayrağını yüksəklərə qaldıran şagirdlərimizdə hər zaman diqqət mərkəzindədir.

     Məktəbin maddi-texniki bazası zəngindir, 3 (üç ) informatika , tarix, biologiya, ədəbiyyat , kimya, fizika , rus dili və hərbi kabinetləri vardır. Kabinetlər lazım olan əyani vəsaitlərlə təchiz edilmişdir. Məktəbin zəngin kitabxanası var , şagirdlər kitabxananın fəal oxucularıdır.

       Məktəbin fəaliyyət planına əsasən idarəetmə,şagird naliyyətinin izlənilməsi ,məktəbdənkənar fəaliyyət sahəsində  reallaşdırılan hər bir tədbirdə xüsusi xidməti olan kollektiv üzvləri dərs ili ərzində rəhbərlik tərəfindən  “ Fəxri fərman”larla qiymətləndirilir.

     Şagirdlərimiz hər il müxtəlif fənn yarışlarında, müsabiqələrdə, olimpiadalarda yüksək nəticələr əldə edirlər. Dövlət İmtahan Mərkəzinin statistik məlumatlarına görə məktəbin   IX və XI sinif  şagirdlərinin göstəriciləri  ildən-ilə yüksəlir.  Məzunlarımızın  bir çoxu  həm ölkənin nüfuzlu ali təhsil ocaqlarında, həm də xarici universitetlərdə   təhsil alaraq məktəbin adını yüksəklərə qaldırır.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi