Şuşa-270

   Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamında belə deyilir: "Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Məktəbdə fəaliyyət göstərən " Kicik Akademiya" Fərqanə Qurbanovanın rəhbərliyi ilə "Şuşa-270 " adlı geniş tədbir keçirmişdir. Tədbirdə "Kicik Akademiya"nın üzvlərinin təqdimatları və çıxışları, Şuşa haqqında videoroliklər, rəqslər nümayiş olunmuşdur. Sonda məktəbin direktoru çıxış edərək bildirdi ki, Vətənimizin torpaqları uğrunda apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini yad etmək hər birimizin borcudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi