Kiçik Akademiyanın fəaliyyəti

91№ li tam orta məktəbdə Kiçik Akademiya 24.12.2016-cı il tarixində yaranmışdır.Məktəb rəhbərliyi tərəfindən konfrans keçirilərək akademiyanın prezidenti-Qurbanova F.K. vitse prezidenti və üzvləri seçilmişdir.Həmçinin məktəbə uyğun olan loqo və guşələr yaradılmışdır.Məktəb daxilində Akademiyanın yaranması bir çox fənlərin dərindən və məqsədyönlü işinə səbəb olmuşdur.Biologiya,fizika,kimya və digər fənn müəllimləri potensiallı və maraq göstərən şagirdlərə mövzular verərək onları yönləndirmişdilər.Məktəbdə Akademiya yarandığı gündən şagirdlərin Ali təhsil müəssələrinə getməsini ,orada elmi –texniki baza ilə ,professor –müəllim heyəti ilə tanışlığına imkan yaratmışdır.Alternativ enerji ,müasir müasir ekoloji problemlər,bitkilərin tərkibində olan kimyəvi elementlətin öyrənilməsi və bu səpgidə olan mövzularla 9,10,11-ci sinif şagirdləri işləyərək böyük maraq göstərirlər. Burada qeyd etmək lazımdır ki,bir çox şagirdlərin gələcək ixtisas seçimidə məhz Akademiyada iştirakının böyük rolu olmuşdur. Hal- hazırda məktəb Azərbaycan Dövlət Pedaqoji Universiteti nin biologiyanın tədrisi kafedrasının aparıcı mütəxəsisi olan Həqiqət Hacıyeva əməkdaşlıq edərək”Sağlam nəsil,sağlam təhsil”mövzusunda Pərvin Hacıyeva ilə layihə üzərində işləyərək gələn mövsümdə təqdim edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi