Dəyərlərimizi qoruyaq

Bildiyimiz kimi milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsil-alanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi prioritet istiqamət hesab olunur. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil idarəsi respublikamızın bütün təhsil ocaqlarında “Dəyərlərimizi qoruyaq” layihəsinin keçirilməsinə start vermişdir.

29 aprel 2025-ci il tarixində məktəbdə

Müasir Azərbaycanın qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Dəyərlərimizi qoruyaq”adlı tədbir keçirilmişdir.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun müdiri Günay Qurbanova,Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Səbail rayon komitəsinin sədri Leyla Baxşiyeva və Səbail rayonu üzrə məktəb direktorları iştirak etmişdir.

Tədbirdə Qarabağ,Cənub- Lənkəran ,Qədim Bakı, Şimal-Quba,İsmayıllı-İvanovka, Gəncə, Şəki,

Naxçıvanın mətbəxi və folkloru haqqında təqdimatlar müəllim kollektivinin və şagirdlərin ifasında təqdim olunmuşdur.

Artıq 2 ildir ki, bu tədbirin keçirilməsində kollektivlə birlikdə işləyib hər zaman dəstək olan , məktəbin inkişafı və uğurları naminə yorulmadan çalışan, yüksək təşkilatçılığı , pedaqoji biliyi və insanpərvərliyi ilə hər kəsin hörməti və rəğbətini qazanan , məktəbin direktoru hörmətli Arzu xanımın rəhbərliyi və rolu böyükdür.

Qeyd edək ki,buraxılış imtahanında 300 bal toplayaraq Respublika 1-cisi , eyni zamanda Səbail rayonunda yerləşən məktəblər arasında maksimum nəticə göstərən məktəbin Xl sinif şagirdi Abbasova Şəhanə əldə etdiyi yüksək nəticə və qazandığı uguru üçün müəllimlər və məktəbin direktoru Arzu xanıma təşəkkür etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi