Təltifnamə

    Bakı Hərbi Kollecində Səbail rayon orta ümumtəhsil məktəbləri arasında "Şahin" Hərbi-İdman Oyunu üzrə Rayon Birinciliyi keçirilmişdir. Keçirilən bu yarışda məktəbin X sinif şagirdlərindən ibarət komandası təmsil etmiş,bütün tapşırıqları layiqincə yerinə yetirərək II yerə layiq görülmüşdür. Bu münasibətlə Bakı Hərbi Kollecinin Bazasında keçirilən "Şahin" Hərbi- İdman oyunlarının Rayon Birinciliyində gənclərin hərbi peşəyə marağının artırılması və vətənpərvərlik ruhunun aşılanmasında göstərdikləri fəaliyyətlərinə görə məktəbin ll yer tutmuş komandası Təşəkkürnamə və diplomlarla təltif olunmuşdur.

“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi