Pedaqoji şura

    13 iyun 2024-cü il tarixində məktəbdə Pedaqoji Şuranın növbəti iclası kecirilmişdir. İclasda məktəbin direktoru Arzu Nəzərova çıxış edərək, 2023/2024-cü tədris ilinin yekunları, əldə olunan uğurlar, IV və VI siniflərin monitorinqi,BSQ nəticələri,IX və XI siniflərin imtahan nəticələri haqqında məlumat vermiş, şagird kontingenti, şagirdlərin təlim nəticələri, məktəb üzrə ümumi keyfiyyət faizi, siniflər üzrə keyfiyyət faizi, məktəbdə nizam-intizam, şagird təhlükəsizliyi, sinif rəhbərlərinin fəaliyyəti və s. məsələlər müzakirə olunaraq qərarlar qəbul edilmişdir.

Bu məsələlərlə yanaşı Təhsilverənlərin etik davranış Qaydaları" nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Təhsilverənlərin etik davranış Qaydalarının ümumi müddəaları, Təhsilverənlərin etik davranış prinsipləri, Təhsilverənlərin xidməti davranışı, Təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışı və Etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi barədə də ətraflı məlumat verilmişdir.

Pedaqoji şuranın gündəlikdə olan məsələsi “Son Zəng” tədbirlərini hazırlıq mərhələsi, təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün zəruri tədbirlər görülməsi, növbətçilik və nəzarətin artırılması ilə bağlı məsələlər də müzakirə olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi