Son zəng

Respublikamızın hər yerində olduğu kimi, məktəbdə də 14.06.2024-cü il tarixində  ənənəvi olaraq "Son zəng" tədbiri keçirilmişdir..

Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə 44 günlük Vətən müharibəsində Şəhid olan məktəbin məzunu Əli Nağıyevin və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Məktəbin direktoru Arzu Nəzərova çıxış edərək 2023-2024-cü tədris ili ərzində qazanılan nailiyyətlərdən, böyük qələbəmizdən danışaraq məzunları və onların valideynlərini təbrik etmiş,onlara gələcək, müstəqil həyatlarında uğurlar arzu etmişdir. Tədbirdə məzunları ibtidai sinif müəllimləri, sinif rəhbərləri də təbrik etmiş, l-V sinif şagirdləri də öz təbriklərini müxtəlif musiqi nömrələri və çıxışlarla təqdim etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi