"Uşaq hüquqları" aylığına həsr edilmiş tədbir

Məktəbimizdə "Uşaq hüquqları"aylığına həsr edilmiş silsilə tədbirlər keçirilir."Hüquqlarımızı qoruyaq","Mənim hüquqlarım məni qoruyur"devizi altında dəyirmi masalar təşkil olunmuş,referatlar yazılmışdır.Şagirdlər uşaq hüquqlarına aid şəkillər çəkmiş,plakatlar nümayiş etdirmişlər.Yuxarı sinif şagirdləri "Bizim hüquqlarımız"rubrikası altında video roliklər çəkmişlər.