Cümhuriyyətin100 illik yubileyinə həsr olunmuş tədbir

26.05.2018-ci il tarixində məktəbimizdə Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş yekun tədbir keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Sonra çıxış üçün söz məktəbin direktoru Y.Quliyevə verildi. O, AXC-nin tarixi və müstəqillik tariximiz haqqında geniş nitq söylədi. Y.Quliyev çıxışının sonunda DİM tərəfindən keçirilən qəbul imtahanlarında 620 bal toplamış 11b sinif şagirdi  İ.Əliyevi və 11r sinif şagirdi T.İsmayılovu təltif edərək onlara uğurlar arzuladı. Sonra Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş  şagirdlərimizin əl işlərindən ibarət sərgi nümayiş etdirildi. Məktəb rəhbərliyi başda Y.Quliyev olmaqla sərgiyə baxış keçirtdilər. Sonra məktəbimizin tarix müəllimi M.Səfərinin təşkilatçılığı ilə şagirdlərimizin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Tədbirdə məktəb rəhbərliyi, valideynlər, müəllim və şagird kollektivi iştirak edirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi