Cümhuriyyətin 100 ilik yubileyinə həsr olunmuş açıq dərs
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri də məktəbimizin tarix müəllimi Aynurə Bayramovanın təşkilatçılığı və 5a sinif şagirdləri ilə birgə keçirtdiyi açıq dərs olmuşdur. 25.05.2018-ci il tarixində keçirilmiş tədbirdə şagirdlərimizə AXC-nin tarixi və həyata keçirtdiyi tədbirlər haqqında məlumat verildi və xronika nümayiş etdirildi. AXC-nin yaradıcıları-vətənpərvər insanları M.Ə.Rəsulzadə və digərlərinin həyat yolu yad edildi.
AXC -nin əsasını qoyduğu ənənələrin və hətta yarımçıq qalan ideyalar haqqında geniş müzakirə aparıldı. Şagirdlər qeyd etdilər ki, hələ Sovet hakimiyyəti və müstəqil respublikamız dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən bu ideyalar müvafiq formada həyata keçirilirdi.
Cənab prezidentimiz İlham Əliyevin də tarixə xüsusi dəyər verməyi qeyd olundu .