"Cümhuriyyət-100" 4b sinfinin təqdimatında

Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar olaraq məktəbimizdə silsilə tədbirlər keçirilməkdədir. Belə tədbirlərdən biri də 19 may 2018-ci il tarixində  4 b sinif rəhbəri S.Əsgərovanın tərtibatında 4b sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideyn və şagird kollektivi iştirak edirdi. Tədbir şagirdlərin ifasında Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Sonra şagirdlər bir-birindən maraqlı çıxışları ilə ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Tədbirin sonunda məktəbin direktoru Y.Quliyev çıxış edərək belə gözəl çıxış üçün şagirdlərlə qürur duyduğunu bildirdi. O, qeyd etdi ki, sizin kimi şagirdlərimiz olduqca "bir kərə yüksələn bayraq, bir daha enməz". Sonda şagirdlərlə xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi