4-cü sinif şagirdlərinin monitorinqi
Məktəbin illik fəaliyyət planının 1.1.3.11 bəndinə müvafiq olaraq 19 may 2018-ci il tarixində 4-cü sinif şagirdlərinin monitorinqi aparıldı. Monitorinqin aparılmasında əsas məqsəd ana dili və riyaziyyat fənləri üzrə tədrisin vəziyyətinin izlənməsi olmuşdur. Monitorinqdə şagirdlər ana dili və riyaziyyat fənləri üzrə test üsulu ilə tapşırıqlar yerinə yetirmişlər.