Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər
02.05.2018-ci il tarixində məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı “Sən elə bir zirvəsən” adlı dəyirmi masa təşkil olunmuşdu. Tədbir 9a sinif şagirdləri və sinif rəhbəri Maqsud Mirzəyevin təşkilatçılı ilə reallaşdırıldı. H.Əliyev irsinə qısa nəzər salan şagirdlər liderin siyasi iradəsinə, cəsarətinə, munaqisələri yoluna qoymaq bacarıgına aid fikirlər səsləndirdi. Sonra M.Mirzəyev qeyd etdi ki, düzlük və mənəvi saflıq simvolu olduguna ən baslicası “Mən İham Əliyevə özüm qədər inanıram və onun gələcəyinə boyük umidlər bəsləyirəm” deyən Heydər Əliyev müdrik ifadəsi ilə xalqımızın xosbəxt gələcəyi naminə uğurlu bir addim atdi. Xalqımızın və dövlətimizin xilaskarı kimi tarixə duşən əməlləri ilə milyonların qəlbində əbədiləşən H.Əliyevin siyasəti bu gün möhtərəm prezidentimiz İ.Əliyev tərəfindən uğurla eləcə də milli maraqlarn tələblərinə uyğun səkildə inkişaf etdirilir.