Dəyirmi masa

27 dekabr tarixində məktəbimizin ingilis dili müəllimi Cəfərova Pakizə və 10 A sinif şagirdlərinin təşkilatçılığı ilə “The literary world of Azerbaijan“ adllı “dəyirmi masa” keçirildi. Tədbirdə şagirdlər Azərbaycan ədəbiyyatını dünyada tanıdan görkəmli şairlərimizdən – Nizami, Füzuli, Natəvan, Səməd Vurğun, Mirvarid Dilbazinin yaradıcılığından, onların şah əsərlərindən bəhs etdilər, adlarını daşıyan küçə, teatr, kitabxana haqqında məlumat verdilər. “Azerbaijan literature” adlı klip göstərildi.