"İnsan Hüquqlarının tarixi" adlı xüsusi dərs

"18 may- 18 İyun İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər planına uyğun olaraq məktəbin tarix müəllimi Səfəri Məhsəti 7"c" sinfində "İnsan Hüquqlarının tarixi" adlı xüsusi dərs keçmişdir.
Dərsdə şagirdlərə insan hüquqlarının tarixi inkişafı, əsas prinsipləri, uşaq hüquqları və bu hüquqların gündəlik həyatdakı əhəmiyyəti barədə geniş məlumat verildi. Şagirdlərin hazırladıqları təqdimatları müzakirə edildi.
Sonda insan hüquqları barədə maarifləndirici videoçarx nümayiş etdirildi.