Məktəbdə "Kimya gecəsi" təşkil olunub

     5 iyun 2025 tarixində 90 nömrəli tam orta məktəbin akt zalında Kimya müəllimi Mətanət Məmmədrəhimovanın  təşkilatçılığı ilə “Kimya gecəsi” adlı tədbir keçirilib. 
     Tədbirdə məktəb rəhbərliyi, müəllimlər ,şagirdlər iştirak edib.
      Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kimya müəllimi Mətanət müəllimə açılış nitqi edərək kimya elminin müasir dövrdə mahiyyətindən, xalq təsərrüfatındakı rolundan danışdı.  Şagirdlər kimyanın möcüzələrini əks etdirən səhnəciklər nümayiş etdirdilər. Gənc kimyaçıların təqdim etdikləri təcrübələr hamı tərəfindən maraqla qarşılandı.
       Kimya gecəsinə həsr olunmuş tədbirdə şagirdləri tərəfindən qara barıt, fil dişi məcunu, üçrəngli bayraq, süni qan, süni vulkan, yanar su, sehirli buxar kimi reaksiyalar nümayiş etdirilib, innovativ tədris-elmi tətbiqləri və s. maraqlı nömrələr nümayiş olunub. Tədbirin aparıcıları kimyanın sirlərindən danışaraq tədbirə xoş ovqat qatdılar.
      Məktəbin direktoru Vələddin Nurəddinov, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Alvina Cavadova, Günel Muradova ,Tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova tədbir təşkilatçılarına öz təşəkkürünü bildirdi. Bildirilib ki, məktəbdə keçirilən  tədbirlər şagirdlərin elmə, biliyə gedən yoluna işıq salır. Gənc kimyaçıların çıxışları tədbir iştirakçılara xoş təsir bağışlayıb. Fəal şagirdlər sertifikatlarla təltif olunublar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi