"ETSN-də bir gün” layihəsi

Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar məktəbimizin 8b sinif şagirdləri Coğrafiya müəllimi Ramilə Məmmədlinin təşkilatçılığı ‘’ETSN-də bir gün” layihəsinin qonağı olub
Şagirdlərə ETSN-in Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev tərəfindən ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması, çeşidləmə vərdişləri barədə məlumatlar verilib, dünya təcrübəsi diqqətə çatdırılıb. Eyni zamanda, Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova tərəfindən uşaqlarla tullantıların növlərinə dair interaktiv oyun oynanılıb, uşaqlara müxtəlif simvolik hədiyyələr təqdim olunub.
Daha sonra məktəblilərə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov tərəfindən ətraf mühitin qorunmasında rəqəmsal texnologiyaların rolu, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.