"Playmakers" layihəsi

Elm və Təhsil Nazirliyinin dəstəyi, UEFA , AFFA-nın birgə əməkdaşlığı ilə ölkəmizdə qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlı qızlar üçün həyata keçirilən "Playmakers" layihəsi davam edir.
3g sinif qızlarından ibarət komanda Fiziki tərbiyə müəllimi Rafiq Bayramovun başçılığı ilə "Playmarkers" layihəsi çərçivəsində AFFA-nın dəvəti ilə Azərbaycan-Litviya yarışında iştirak edib və qızlar qadın futbolçularımızla görüşüb, meydançaya futbolçularla birgə çıxıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi "Disney" cizgi filmləri hekayələri üzərindən qızların sağlam həyat tərzinə cəlb edilməsi və eləcə də, sosial bacarıqların, fundamental fiziki hərəkətlərin və futbolun əsaslarının öyrədilməsidir.