Pedaqoji şura iclası keçirilib

     30.05.2025-ci il tarixində 90 nömrəli tam orta məktəbdə növbəti Pedaqoji şura iclası keçirilmişdir.
     İclası məktəbin direktoru Vələddin Nurəddinov açıq elan edərək, ölkəmizdə aparılan təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğısından ətraflı danışdı və iclas iştirakçılarını  Pedaqoji şuranın gündəliyi ilə tanış etdi. Pedoqoji kollektivlə "Son Zəng" tədbirinin keçirilməsinə dair təlimat, Fərqlənmə attestatlara namizədlər, ll yarımil üzrə BSQ lərin keçirilməsi , hesabatlılıq və s. vacib məsələlər müzakirə edildi.
      Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Alvina Cavadova,Günel Muradova,Sevinc Zaxarova,tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova çıxış edərək , iclasda gündəlikdə duran digər mühüm məsələləri müzakirə ediblər. 
      Bildirilib ki, məktəbdə sağlam mənəvi-psixoloji mühitin yaradılması, sağlamlıq üçun təhlükəsiz və zərərsiz təhsil şəraitinin təşkili, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin formalaşdırılması, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması barədə mövcud vəziyyətin təhlil edilməsi və s. vacib məsələlərdəndir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi