Yaddaqalan ekskursiya

R.Zorge adına 90 nömrəli tam orta məktəbin 10c sinif şagirdləri sinif rəhbəri Kifayət Məmmədovanın başçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə ekskursiyada olublar.
Şagirdlər ölkəmizin füsünkar təbiəti olan Lerik, Lənkəran rayonlarına maraqlı gəzinti ediblər. Bu gəzintidə şagirdlər təbiətimizin əsrarəngiz gözəlliyinə heyran olmuş, təbiətlə təmasdan zövq almış, onlarda floramızın zənginliyi ilə bağlı xoş təəssüratlar yaranmışdır.