Maraqlı ekskursiya

Məktəbin 7r və 8r sinif şagirdləri Azərbaycan dili müəllimi Şura Allahverdiyevanın təşkilatçılığı ilə Qala aviabazası — Azərbaycan Hərbi Hava Qüvvələrinin mühüm hərbi aerodromuna ekskursiyaya ediblər.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarovanın iştirakı ilə keçən ekskursiyada şagirdlər Azərbaycan Respublikasının Xəzər rayonunda, Bakıdan şərqdə yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodromla və hərbi helikopterlərlə yaxında tanış oldular. Həmçinin döyüş texnikaları və helikopterləri yaxından müşahidə etdilər,iş prinsipləri haqqında məlumat əldə etdilər.Vətən müharibəsinin iştirakçısı olmuş hərbi pilotlarla tanış olub onlara suallar ünvanladılar. Şagirdlər hərbi hissədə olan əsgərlərə məktub yazaraq Vətənin keşiyində ləyaqətlə dayandıqları üçün onlara minnətdarlıq etdilər.
Ekskursiya şagirdlər üçün yaddaqalan və maraqlı keçdi.Sonda xatirə şəkli çəkdirildi.