28 May- Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

90 nömrəli məktəbin akt zalında ibtidai sinif müəllimi Ülviyyə Əmiraslanovanın təşkilatçılığı ilə 2q sinif şagirdləri 28 May- Müstəqillik Gününə həsr edilmiş tədbir keçirib.
Tədbirdə məzun şəhidlərimiz Əli Seyidov ,Tural Dəmirçiyev ,Osman Manafovun anaları fəxri qonaq qismində iştirak edib . Məktəb direktoru Vələddin Nurəddinov ,ibtidai siniflər üzrə direktor müavini Sevinc Zaxarovanın iştirakı ilə keçən tədbir şagirdlərin vətənpərvərlik ruhunun yüksəlməsində, tarixi yaddaşımızın möhkəmləndirilməsində böyük rol oynayır.
Əvvəlcə, Azərbaycan Dövlət Respublikasının Himni səsləndirildi, sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Şəhid Rəşad Əliyev adına 2q sinif şagirdləri tədbir zamanı maraqlı səhnəciklər göstərmiş, şeir və mahnılar ifa etmişlər.
Tədbirdə şərq dünyasının ilk demokratik dövləti, dünyada qadına səsvermə hüququ, seçmək və seçilmək hüququ bəxş edən ilk ölkələrdən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması prosesi haqqında məlumat verildi. Sonda xatirə şəkilləri çəkilib.