BSQ-LƏRİN KEÇİRİLMƏSİNƏ START VERİLİB

Məktəbdə 2024-2025-ci tədris ili ll yarımil üzrə BSQ-lərin keçirilməsi start verilib.
Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə keçirilən qiymətləndirmə zamanı məktəb rəhbərliyi və nəzarətçi müəllimlər BSQ aparılan siniflərə ciddi nəzarət edib.
BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nəaliyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
Qeyd edək ki, BSQ-nin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur, şagirdin yarımillik və illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.