Ətraf mühitin mühafizəsi ilə bağlı tədbir keçirilib

Ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi sahəsində əhalini məlumatlandırmaq və maarifləndirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 90 nömrəli tam orta məktəbin akt zalında maarifləndirici tədbir keçirilib.
VI və Vll sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əminə Alməmmədova müxtəlif mövzularda maraqlı çıxışlar edib. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova , məktəbin sosial pedaqoqu Rəsmiyyə Quliyeva iştirak edib.
Tədbir zamanı "Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan edilməsi" ,"22 May-Beynəlxalq Biomüxtəliflik Günüdür" , "Narkotik vasitələrinin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə" mövzuları barədə şagirdlərə ətraflı məlumatlar verildi.