"Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir

     Məktəbin Coğrafiya müəllimi Ramilə Məmmədlinin başçılığı altında 9d sinif şagirdləri Abşeron Milli Parkında "Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbirdə iştirak ediblər
     Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədrinin birinci müavini Samir Hümbətov, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Telman Quliyev çıxış edərək təbiət və gender mövzusunun aktuallığı və əhəmiyyətini, bu iki sahənin bir-birini tamamlayan amillər olduğunu vurğulayıblar. 
     Tədbir çərçivəsində “Gender və ətraf mühit qanunvericilik aspektində” mövzusunda maarifləndirici təlim, ətraf mühitə dair interaktiv sessiyalar, məktəblilər üçün master-klasslar təşkil olunub. Eyni zamanda, açıq havada ekoloji təmiz məhsulların sərgi-satış yarmarkası keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi