Yaddaqalan gəzinti

Məktəbin riyaziyyat müəllimi Sevda Xankişiyevanın başçılığı ilə 9F sinif şagirdləri və valideynlərləri 18.05.2025-ci il tarixində şəhid Vüsal Rəhimovun anası ilə İsmayıllı rayonuna gəzintiyə gediblər.
Sinif rəhbəri Sevda müəllimə qeyd edib ki, Şəhid anası Aidə xanımın 9F sinif şagirdləri ilə gəzintiyə gəlməsi böyük şərəfdir. Şagirdlər şəhid Vüsal Rəhimovun anası ilə təbiət qoynunda yaddaqalan vaxt keçirib və maraqlı söhbət ediblər. Aidə xanım şəhidimizin döyüş fəaliyyətindən , Şuşa şəhəri uğrunda döyüşlərdə qəhramancasına şəhid olmasından danışdı. Sonda xatirə şəkillər çəkildi.