Maraqlı layihə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ekosəfirlər İş başında layihəsinin mentorluq proqramı çərçivəsində məktəbimizin Coğrafiya müəllimi Ramilə Məmmədlinin rəhbərliyi altında 9d sinif şagirdlərinin iştirakı ilə vörkşop təşkil edilmişdir.
Şagirdlər birdəfəlik istifadə üçün nəzərdə tutulan kağız tullantılardan quşlar üçün yem hazırladılar.Hazırladıqları yemləri məktəbin həyətyaniı sahəsindəki ağaclardan asdılar.
Layihənin keçirilməsində məqsəd tullantıların təkrar emalına diqqət çəkmək və şagirdlərin ətraf mühitə töhvə verməyin fərqli yollarını öyrənməsinə yönəlmişdir.