Yazıçı Reyhan Yusifqızı ilə görüş keçirildi

16 may 2025-ci il tarixində 90 nömrəli tam orta məktəbin akt zalında sevimli uşaq yazarı Reyhan Yusifqızı ilə maraqlı görüş keçirildi.
Məktəbin kitabxana müdiri Minayə Əzimova, kitabxanaçı Fəxriyyə Səfərovanın təşkilatçılığı ilə keçən görüşdə məktəb rəhbərliyi ,müəllimlər ,şagirdlər iştirak edib.
Görüşdə ibtidai sinif şagirdləri tərəfindən yazıçının müxtəlif əsərlərindən hazırlanmış səhnəciklər nümayiş etdirildi. Şagirdlər öz ürək sözlərini söylədilər. Yazıçı Reyhan Yusifqızı kitabları haqqında geniş məlumat verdi, uşaqların suallarını cavablandırdı. Görüş yaddaqalan və maraqlı keçdi. Sonda müəllif kitablarını imzaladı,xatirə şəkilləri çəkildi.