VI siniflər üzrə monitorinq keçirilib

R.Zorge adına 90 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Günel Muradovanın nəzarəti ilə VI siniflərində 2 may 2025-ci il tarixdə 3 fənn üzrə- Azərbaycan dili, riyaziyyat və təbiət fənlərindən məktəbdaxili monitorinq keçirilib.
Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin tədris müddətində mövcud fənlər üzrə zəifləyən istiqamətlərini aşkara çıxarmaq və bu istiqamətdə işi gücləndirməkdir.
Onu da qeyd edək ki, monitorinqin başlıca məqsədi məktəb rəhbərliyinə, müəllimlərə,valideynlərə və şagirdlərə məktəbdə təlim-tərbiyə prosesinin vəziyyəti haqqında obyektiv məlumat vermək və təhsilin keyfiyyətini daha da yüksəltmək imkanı yaratmaqdır.