Psixoloji sorğu keçirilib

2 may 2025-ci il tarixində 90 nömrəli tam orta məktəbin psixoloqu Cəmilə Məmmədova 7r sinfində H.Ayzenqin "Psixi vəziyyət" sorğusunu keçirib.
Məqsəd sinifdə şagirdlərin psixoloji dəyərləndirilməsi, onların aqressivliyini , təşvişi, həyəcanı , frustrasiyaları və rigidliyinin ölçülməsi olub.
Şagirdlərin psixoloji durumunun vəziyyəti öyrənildikdən sonra şagirdlərin düşüncələrini öyrənmək məqsədilə "Tamamlanmamış cümlə metodikası" keçirilib.
Nəticələr hesablanmış və müəyyən problemləri aşkar olunan şagirdlərlə fərdi konsultativ söhbətlər aparılmışdır.