Asudə vaxtın səmərəli təşkili

     1 may 2025-ci il tarixində sinif rəhbəri Sayalı Əsgərova 3b sinif şagirdləri ilə birgə yaz tətilini səmərəli keçirmək məqsədi ilə Zirə Eko Parka ekskursiya etdilər.
      Sinif rəhbəri tərəfindən şagirdlərə Eko Park və həyətyanı sahədə olan bitkilər, ağaclar barədə ətraflı məlumat verildi. Həmçinin Eko Parkda yerləşən Xalça mərkəzinə baxış keçirildi, xalça növləri barədə geniş məlumatlar əldə etdilər. Şagirdlər parkda saxlanılan müxtəlif quş növlərinə baxdılar. Eko Parkla tanışlıqdan sonra,atraksionlar, piknik guşəsində şagirdlər əyləncəli şəkildə dincəldilər.     
      Beləliklə, 3b sinif şagirdləri yaz tətillərinin ilk günündə asudə vaxtlarını gözəl, maraqlı və əyləncəli keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi