Yaddaqalan ekskursiya

Məktəbin ibtidai sinif müəllimi Həlimət Camalovanın başçılığı ilə 3r sinif şagirdləri Qobustan Milli Tarix-Bədii qoruğuna ekskursiya ediblər.
Ekskursiyanın təşkil edilməsinin əsas məqsədi şagirdlərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, Azərbaycanın zəngin mədəni irsi, tarixi, maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verməkdən ibarət olub.
Şagirdlər mağaralar, qayaüstü rəsmlərlə tanış olublar. Məktəblilərin ən çox marağına səbəb Qaval daşı olub. Bələdçi elmi işçi Arzu xanımın köməyilə şagirdlər bu tarixi qoruq haqqında geniş məlumat əldə ediblər və ekskursiyadan xoş təəssüratlarla qayıdıblar.