"Açıq qapı" günündə iştirak edən şagirdlərimiz

Aprelin 25-də 90 nömrəli məktəbin yuxarı sinif şagirdləri məktəbin riyaziyyat müəllimi Kifayət Məmmədovanın nəzarəti ilə 12 saylı Peşə məktəbində təşkil olunmuş "Açıq qapı" günündə iştirak etdilər. Şagirdlərə ixtisaslar, peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumat verilib.
Tədbirdə aşpaz, qənnadıçı-şirniyyatçı, bərbər, dərzi, ağac nəqqaşı, mebel ustası, elektrik qaz qaynaqçısı, kimyəvi analiz laborantı, laborant mikrobioloq, bərbər-vizajist-manikürçü, kompüter operatoru, rabitə avadanlıqlarının quraşdırıcısı və telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator ixtisaslarında təhsil alan tələbələrin əl işləri sərgilənib, eyni zamanda, həmin ixtisaslar üzrə mütəxəssis məlumatları təqdim edilib.