"Böyük Vətən müharibəsinin qələbəsində Azərbaycanın rolu" adlı tədbir keçirilib

     Gənclərdə vətənpərvərliyin yüksəldilməsi istiqamətində müntəzəm tədbirlər keçirilir.
Bu məqsədlə, məktəbin akt zalında  "Böyük Vətən müharibəsinin qələbəsində Azərbaycanın rolu" adlı  tədbir keçirildi. 
     Tədbirdə Fəxri qonaqlar, məktəb rəhbərliyi , müəllimlər, şagirdlər iştirak etdilər.
      Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vələddin Nurəddinov qonaqları salamlayıb , respublikamızın qəhrəman oğullarına məktəblilərlə görüşə gəldikləri üçün təşəkkür edib, veteranlarımızın bizim canlı tariximiz olduğunu qeyd etdi.
      Respublika Veteranlar Təşkilatının Hərbi vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev , Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Əzizbəyov Mehdi ,Sabunçu rayon Veteranlar Təşkilatının sədri Sabir Allahverdiyev, Sabunçu rayon Veteranlar təşkilatının sədr müavini Adil Məmmədov gənclərə dəyərli məsləhətlər verdi və keçdikləri şərəfli həyat yolunu, xatirələrini şagirdlərlə bölüşdülər. Harada olmağından asılı olmayaraq əsl layiqli vətəndaş olmağın vacibliyini vurğuladılar.  Fəxri qonaqlar tərəfindən şagirdləri maraqlandıran suallara dolğun və ətraflı cavab verildi. 
     Məktəbin tarix müəllimi Usub Usubov 90 nömrəli tam orta məktəbin adını daşıdığı qəhrəman əfsanəvi kəşfiyyatçı Rixard Zorge haqqında ətraflı məlumat verib. Fəal şagirdlər çıxış edib.
      Sonda Sabunçu rayon Veteranlar Təşkilatının sədri Sabir Allahverdiyev tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqovanı ,tarix müəllimi Usub Usubovu və fəal şagirdlər Əsgərova Türkan
Ağayeva Xədicə Fəxri Fərmanla təltif edib. Xatirə şəkili çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi