Ədəbiyyat muzeyinə ekskursiya təşkil olunub

24 aprel 2025-ci il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq maraqlı bir ekskursiya təşkil edildi.
Humay müəllimə və Ədilə müəllimənin təşəbbüsü ilə həyata keçirilən bu ekskursiya 7b və 7d sinif şagirdlərini Ədəbiyyat muzeyi ilə tanış etmək məqsədi daşıyırdı.
Şagirdlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, onların yaradıcılığı və əsərləri haqqında maraqlı məlumatlar əldə etdilər. Muzeydəki ekspozisiyalar şagirdlərdə böyük maraq doğurdu və onların ədəbiyyata olan sevgisini daha da artırdı. Ekskursiya həm maarifləndirici, həm də yaddaqalan oldu.